Xəbərlər
7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilmişdir.

7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilmişdir.
7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə 06 oktyabr 2026-cı il tarixində Şirvan Təhsil Sektorunun inzibati binasında maarifləndirici tədbir keçirilib. Tədbirdə ümumilikdə 40 nəfər iştirak edib. Görüşdə layiqli və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi, işçilərin sosial-iqtisadi hüquqları və əmək şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunub. Tədbirdə həmçinin təhsil müəssisələrində istilik sistemləri, təhlükəsizlik tədbirləri, abadlıq və istirahət zonalarının yaradılması barədə görülən işlər barədə məlumat verilib. Komitənin əmək şəraitinin yaxşılaşdırılması və işçilərin hüquqlarının qorunması istiqamətində fəaliyyətinin davam etdiriləcəyi vurğulanıb.
5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
5 oktyabr 2026-cı il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və regiona daxil olan şəhər və rayonların həmkarlar komitələrinin birgə təşkilatçılığı ilə Şirvan şəhərindəki T.Bağırov adına 11 nömrəli tam orta məktəbin akt zalında 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, İcra Hakimiyyəti başçısının müavinləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, regiona daxil olan şəhər və rayonların təhsil sektorlarının müdirləri və həmin rayonların həmkarlar komitələrinin sədrləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad etdilər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar öz çıxışlarında təhsil işçilərinin peşə bayramlarını təbrik edərək onlara ən xoş arzularını çatdırdılar. Çıxış edənlər qeyd etdilər ki, ölkəmizdə son illərdə təhsin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Sonda bir qrup təhsil işçisi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərman və gül dəstələri ilə təltif edildilər.
" 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə təhsil işçilərinə Fəxri Fərman və gül buketləri təqdim olundu

" 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə təhsil işçilərinə Fəxri Fərman və gül buketləri təqdim olundu
28 sentyabr 2026-cı il tarixdə ETİHİ Respublika Komitəsinin əməkdaşı Ramil Orucov Şirvan şəhərinin 3 nömrəli və 12 nömrəli tam orta məktəblərində " 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə təhsil işçiləri ilə görüşdü. Görüşdə həmin məktəblərin qabaqcıl müəllimlərinə ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən Fəxri Fərman və gül buketləri təqdim olundu. Təltif olunan müəllimlər belə diqqətə görə həmkarlar ittifaqına minnətdarlıqlarını bildirdilər.
27 sentyabr - Anım günü ilə bağlı Şirvan şəhərində tədbir keçirilib

27 sentyabr - Anım günü ilə bağlı Şirvan şəhərində tədbir keçirilib
Şəhərin "Şəhidlər" kompleksində keçirilən tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, icra başçısının müavinləri, idarə və müəssisələrin rəhbərləri, şəhid ailə üzvləri, qazilər və təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoydular. Sonra vətənimizin azadlığı uğrunda şəhid olanların və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı bütün şəhid ailə üzvülərinə baş sağlıığı verərək qazilərə can sağlığı arzuladı.
Şirvanda "Bilik Günü" tədbiri keçirilib.

Şirvanda "Bilik Günü" tədbiri keçirilib.
15 sentyabr 2026-cı il tarixdə Şirvan şəhər Sadıq Hüseynov adına 1 nömrəli tam orta məktəb-liseydə yeni dərs ilinin başlanması münasibətilə "Bilik Günü" tədbiri keçirildi. Tədbirdə iştirak edən ETİHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov çıxış edərək şagirdləri və təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara bu dərs ilində daha böyük uğurlar qazanmalarını arzu etdi.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Şirvan şəhərində yüksək nailiyyətlər əldə etmiş şagirdlər və onların müəllimlərı təltif olunublar

Şirvan şəhərində yüksək nailiyyətlər əldə etmiş şagirdlər və onların müəllimlərı təltif olunublar
Sentyabr ayının 4-də Şirvan şəhər Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə həmin idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və cari tədris ilində 650-dən yuxarı bal toplamış, müxtəlif müsabiqələrdə uğur qazanmış şagirdlərin və onların müəllimlərinin təltif olunmasına həsr edilmiş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müavini Rəvan Baxışov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Təhsil Sektorunun müdiri Varis Qasımlı və ETİHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov öz çıxışlarında şagirdlərin ötən tədris ilində müxtəlif istiqamətlər üzrə qazandığı uğurlardan, qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrdən, onların bu uğurları əldə etmələrində müəllimlərin və valideylərin mühüm rolundan geniş bəhs edərək onları təbrik edib, yeni tədris ilində də şagirdlərin belə bir uğurlar qazanmasını arzulayıblar.
Tədbirin sonunda müxtəlif istiqamətlər üzrə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə və onların uğurlarında əməyi olan müəllimlərə diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçiləri Şəki-Qax zonasında bir günlük tur-ekskursiyada olmuşlar.

Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçiləri Şəki-Qax zonasında bir günlük tur-ekskursiyada olmuşlar.
ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatların ittifaq üzvləri üçün tur-ekskursiyalar təşkil olunub. 23 avqust 2026-cı il tarixdə Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçiləri Şəki-Qax zonasında bir günlük tur-ekskursiyada olmuşlar. Ekskursiya zamanı ittifaq üzvləri həmin rayonların gəzməli-görməli yerləri ilə tanış olub, gözəl və yaddaqalan bir asudə vaxt keçirmişlər. İttifaq üzvləri onlar üçün yaradılan belə bir şəraitə və diqqətə görə həmkarlar ittifaqlarına öz minnətdarlıqlarını bildirdilər.
Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qax rayonuna ekskursiya təşkil olunmuşdur.

Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qax rayonuna ekskursiya təşkil olunmuşdur.
ETİHİ Şirvan Şəhər Komitəsinin üzv təşkilatlarının ittifaq üzvləri üçün tur gəzintilər davam edir. Bu dəfə isə belə bir tur Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri üçün Qax rayonuna səfərlə təşkil olunmuşdur. Səfər iştirakçıları asudə vaxtlarını səmərəli və mənalı keçirmək məqsədilə təşkil olunmuş belə tur gəzintiyə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirdilər.
Şirvan şəhəri 6 saylı uşaq bağçasından bir qrup ittifaq üzvləri üçün Şəki rayonuna bir günlük gəzinti turu təşkil olunmuşdur.

Şirvan şəhəri 6 saylı uşaq bağçasından bir qrup ittifaq üzvləri üçün Şəki rayonuna bir günlük gəzinti turu təşkil olunmuşdur.
Avqustun 9-da ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə şəhər komitəsinin xidmətində olan Şirvan şəhəri 6 saylı uşaq bağçasından bir qrup ittifaq üzvləri üçün Şəki rayonuna bir günlük gəzinti turu təşkil olunmuşdur. Səfər çərçivəsində ittifaq üzvləri füsunkar təbiət qoynunda dincələrək, Şəkinin gəzməli-görməli yerləri ilə tanış olaraq asudə vaxtlarını səmərəli, mənalı və yadda qalan şəkildə keçirmişlər. Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya, yüksək şəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Şirvan Şəhər Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, bu cür təşəbbüslərin gələcəkdə də davamlı olmasını arzulayıblar.


