“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsi, şəhər ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.

Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.


Sturuktur baxımından komitə, təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.

Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.

icon

Komitənin struktur genişliyi və üzv sayı

Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir. Şəhər Komitəsi şəhər ərazisində fəaliyyət göstərən 27 ilk həmkarlar ittifaqı təşkilatını və 2013 ittifaq üzvünü özündə birləşdirir.

Şirvan Şəhər Komitəsinin fəaliyyət istiqamətləri: